İCTİMAİ ŞURA HAQQINDA

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında İctimai Şura dövlət orqanları tərəfindən elektron xidmətlərin yaradılması və istifadəsinə təşviqin və bu sahədə informasiya açıqlığının təmin edilməsinə xidmət edir.

Elektron xidmətlərin yaradılması və istifadəsinə təşviqin məqsədləri

-elektron xidmətlərin təşkilinin sürətləndirilməsi;

- dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasından istifadə edilərək elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması;

- dövlət orqanları tərəfindən layihələndirilən və göstərilən elektron xidmətlərin ictimai faydalılıq və sosial əhəmiyyətlilik baxımından dəyərləndirilməsi;

- bu sahədə modern və çevik idarəetmənin təmin edilməsinə köməklik;

- dövlət orqanlarının fəaliyyətində şəffaflığın və informasiya açıqlığının təmin olunması.

- dövlət orqanlarında ictimai əhəmiyyət kəsb edən xidmətlərin elektronlaşdırılmasına nail olunması.

İctimai Şuranın təşkili və üzvlərinə dair tələblər

- İctimai Şura dövlət orqanları tərəfindən elektron xidmətlərin təşkilinə ictimai nəzarətin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin geniş dairəsinin iştirakını təmin etmək məqsədilə aidiyyəti dövlət orqanı və vətəndaş cəmiyyəti nümayəndələrindən, elektron xidmət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və onların birliklərindən, sahə üzrə ekspertlərdən və digər ictimai xadimlərdən ibarət tərkibdə təşkil olunur.

- İctimai Şura, aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarının rəhbər səviyyədə nümayəndələrindən ibarət olan üzvləri təklif və tövsiyələr nəzərə alınmaqla Agentliyin Kollegiyası tərəfindən seçilir.

- Kollegiya öz iclaslarında təşkilatların təqdim etdikləri təklifləri qiymətləndirir və namizədlər arasından İctimai Şuraya bir il müddətində fəaliyyət göstərəcək üzvləri seçir. İctimai Şuraya üzv seçilmiş şəxslərin siyahısı təsdiq edilmək üçün Agentliyin sədrinə təqdim edilir.

- İctimai şura on bir nəfərə qədər üzvdən ibarət tərkibdə yaradılır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
 Dövlət Agentliyi Sədrinin  28.03.207-ci il tarixli
Əmri ilə təsdiq edilib

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın

üzvləri

Sıra

Təşkilatın adı

Vəsifəsi, adı və soyadı

Əlaqəli məlumatlar

 

1

 

Azərbaycan İnternet Forumu

 

Prezident
Osman Gündüz

informasiya@gmail.com

2

Şəffaflıq  Azərbaycan

(Transparency Azerbaijan)

E-hökumət üzrə Layihə Koordinatoru

Məhəmməd Muradov

 mahammad@transparency.az

 

3

 

Korrupsiyaya qarşı mübarizə Fondu 

İcraçı direktor

Vasif Mövsümov

 

 office@aznocorruption.az

vasifmovsumov@mail.ru

 

4

Sahibkarlığın

və Bazar İqtisadiyyatının

İnkişafına yardım Fondu

Prezident

Sabit Bağırov

 bagirov.sabit@gmail.com

5

Sahibkarlar  Təşkilatları

Milli Konfederasiyası

Rabitə və İKT müəssisələri ilə iş  komissiyasının sədri

İsmayıl Ələkbərov

 

ismayil@neuron.az

6

«Konstitusiya» Araşdırmalar Fondu

Prezident

Əliməmməd Nuriyеv

network@anticornet.az

kafondu@yandex.ru

7

Hüquq və İnkişaf İctimai Birliyi

Sədr

Hafiz Həsənov

 himerkez@yahoo.com   
office@law.org.az

himerkez@yahoo.com,

8

Vətəndaşların Əmək Hüquqlarının

Müdafiəsi Liqası

Sədr

Sahib Məmmədov

 

 office@labourrights-az.org

9

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Şöbə müdirinin müavini

Fariz Cəfərov

f.jafarov@asan.gov.az

10

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Sektor müdiri

Ulduzə Xəlilova

 u.xalilova@asan.gov.az 

11

İqtisadi və Sosial İnkişaf Mərkəzi

Sədr
Vüqar Bayramov

info@cesd.az