Haqqqımızda

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  yanında İctimai Şura dövlət orqanları tərəfindən elektron xidmətlərin yaradılması və istifadəsinə təşviqin və bu sahədə informasiya açıqlığının təmin edilməsinə xidmət edir.

Elektron xidmətlərin yaradılması və istifadəsinə təşviqin məqsədləri

-elektron xidmətlərin təşkilinin sürətləndirilməsi;

- dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasından istifadə edilərək elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması;

- dövlət orqanları tərəfindən layihələndirilən və göstərilən elektron xidmətlərin ictimai faydalılıq və sosial əhəmiyyətlilik baxımından dəyərləndirilməsi;

- bu sahədə modern və çevik idarəetmənin təmin edilməsinə köməklik;

- dövlət orqanlarının fəaliyyətində şəffaflığın və informasiya açıqlığının təmin olunması.

- dövlət orqanlarında ictimai əhəmiyyət kəsb edən xidmətlərin elektronlaşdırılmasına nail olunması.

İctimai Şuranın təşkili və üzvlərinə dair tələblər

- İctimai Şura dövlət orqanları tərəfindən elektron xidmətlərin təşkilinə ictimai nəzarətin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin geniş dairəsinin iştirakını təmin etmək məqsədilə aidiyyəti dövlət orqanı və vətəndaş cəmiyyəti nümayəndələrindən, elektron xidmət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və onların birliklərindən, sahə üzrə ekspertlərdən və digər ictimai xadimlərdən ibarət tərkibdə təşkil olunur.

- İctimai Şura, aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarının rəhbər səviyyədə nümayəndələrindən ibarət olan üzvləri təklif və tövsiyələr nəzərə alınmaqla Agentliyin Kollegiyası tərəfindən seçilir.

- Kollegiya öz iclaslarında təşkilatların təqdim etdikləri təklifləri qiymətləndirir və namizədlər arasından İctimai Şuraya bir il müddətində fəaliyyət göstərəcək üzvləri seçir. İctimai Şuraya üzv seçilmiş şəxslərin siyahısı təsdiq edilmək üçün Agentliyin sədrinə təqdim edilir.

- İctimai şura on bir nəfərə qədər üzvdən ibarət tərkibdə yaradılır.