“ASAN Xidmət İndeksi” ilə bağlı təkliflər müzakirə edilib
Məlumat verdiyimiz kimi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib.
Xeberler.az-ın məlumatına görə, toplantıda dövlət xidmətlərinin qiymətləndirlməsi üzrə “ASAN Xidmət İndeksi” ətrafında müzakirələr aparılıb.
Toplantıda Şura tərəfindən "ASAN Xidmət İndeksi” ilə bağlı hazırlanan təkliflər müzakirə edilib.
Tədbirdə Dövlət Xidmətləri haqqında Qanun Layihəsi ilə bağlı İctimai Şura tərəfidnən hazırlanan təkliflər dinlənilib.
Vurğulanıb ki, təkliflərin yekun variantları VXSİ Dövlət Agentliyinə təqdim ediləcək.
Xeberler.az olaraq ASAN-da adı çəkilən qiymətləndirmə indeksinin hazırlanması istiqamətində işlərin aparılması haqqında məlumat vermişdik.
Məlumat üçün bildirək ki “ASAN Xidmət İndeks” nin yaradılması Prezidentin “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə sənəddə nəzərdə tutulub.
Xeberler.az
Tarix: 16/09/2016
Digər xəbərlər
-
18/01/2017 117018/01/2017
-
16/12/2016 108616/12/2016
-
28/06/2016 210828/06/2016
-
25/05/2016 102625/05/2016