Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib
28/02/2018 1

Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçirilib. 

Xeberler.az bildirir ki, İctmai Şuranın iclasında “Dövlət xidmətlərinin təşkili və qiymətləndirilməsində vətəndaş iştirakçılığı” mövzusu müzakirə edilib.

Toplantıda İctiami şura tərəfindən əvvəllər irəli sürülən Təkliflərin icrası ilə bağlı məlumat verilib.

Tədbirdə VXSİ Dövlət Agentliyi vətəndaşalrın dövlət xidmətlərinin qiymətləndirilməsində iştirakı üçün nəzərdə tutulan informasiya sistemini təqdim edib.

Bu sistemdən vətəndaşların daha effektiv fayadalanması istiqamətində müzakirələr aparılıb və təkliflər irəli sürülüb.

Toplantının yekununda dövlət xidmətlərinin təşkili və qiymətləndirilməsində vətəndaşların iştirakının artırılması üçün Təkliflərin ümumiləşdiriləcəyi və hökumətə təqdim ediləcəyi bildirilib.

Toplantıda həmçinin Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın internet resursunun ( egov.org.az ) ilkin versiyasının təqdimatı keçirilib.

Toplantıda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri iştirak edib.  


Tarix: 28/02/2018