Biləsuvar Rayon İcra Hakimiyyəti portala qoşuldu
17/03/2015 568

Biləsuvar Rayon İcra Hakimiyyəti portala qoşuldu

Biləsuvar Rayon İcra Hakimiyyəti “Elektron hökumət” portalına qoşulub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xəbərlər-ə verilən məlumata görə, artıq rayonun yerli icra hakimiyyəti orqanının “Vətəndaşların elektron qəbula yazılması” elektron xidməti portal üzərindən istifadəyə verilib.

Bu xidmət vasitəsilə vətəndaşların Biləsuvar Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxslərinin qəbuluna yazılması və prosesin onlayn izlənilməsi mümkün olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 2015-ci ildə rabitə və yüksək texnologiyalar göstəricilərinin yaxşılaşdırılması üzrə tədbirlər planında il ərzində yerli icra hakimiyyəti orqanlarının göstərdiyi elektron xidmətlərin “Elektron hökumət” portalına inteqrasiya etdirilməsi nəzərdə tutulub.


Tarix: 17/03/2015