Daha bir xidmət “Elektron hökumət” portalına qoşuldu
İqtisadiyyat və Sənaye Nazirliyinin daha bir xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib.
İqtisadiyyat və Sənaye Nazirliyi ilə Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan birgə işlər sayəsində nazirliyin "Dövlət rüsumları, cərimələri və digər ödənişlərin onlayn ödənilməsi" elektron xidməti "Elektron hökumət” portalına inteqrasiya olundu. Beləliklə portal üzərindən İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlərin sayı 8-ə çatıb.
Bu xidmət vasitəsilə dövlət rüsumlarını, cərimələrini və digər ödənişləri onlayn rejimdə ödəmək mümkündür. "Dövlət rüsumları, cərimələri və digər ödənişlərin onlayn ödənilməsi" e-xidmətindən faydalanmaq üçün portalda autentifikasiya tələb olunmur.
Hazırda, "Elektron Hökumət" portalı üzərindən təqdim olunan e-xidmətlərin ümumi sayı 406-dır.
Tarix: 02/02/2015
Digər xəbərlər
-
18/01/2017 114118/01/2017
-
16/12/2016 106016/12/2016
-
16/09/2016 108616/09/2016
-
28/06/2016 206028/06/2016