Dövlət xidmətlərinin siyahısı yaxın vaxtlarda açıqlanacaq
19/02/2015 673

Dövlət xidmətlərinin siyahısı yaxın vaxtlarda açıqlanacaq

 

“Yaxın vaxtlarda vətəndaşlar dövlət  orqanlarının göstərdikləri  xidmətlərlə bağlı bütün məlumatları əldə edə biləcəklər”. 

Bu barədə  Xəbərlər-ə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov bildirib. Onun sözlərinə görə,  hazırda dövlət orqanlarının göstərdikləri xidmətlər haqqında toplanılmış məlumatların təhlili və Reyestrin informasiya sisteminin son tamamlama işləri həyata keçirilir.

Ceyhun Salmanov deyib ki, dövlət orqanlarının göstərdikləri xidmətlərlə bağlı məlumatlar dəqiqləşdirildikdən və təsdiq edildikdən sonra Elektron Reyestr ictimaiyyətə açıqlanacaq.

Şöbə müdiri  yaxın vaxtlarda Elektron Reyestr və onun informasiya sistemindən istifadəyə dair aidiyyəti qurumların əməkdaşlarına keçiriləcək təlimlər və daha sonra aparılacaq təkmilləşdirici fəaliyyət nəticəsində sistemin istifadəyə hazır  olacağını  da  qeyd edib.


 Məltəm Talıb

 

 

 


Tarix: 19/02/2015