Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura təkliflər hazırlayıb
03/11/2015 23

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura təkliflər hazırlayıb

Vətəndaşlara Xidmət və Sosial İnnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura qanunvericilikdə nəzərdə tutulan müxtəlif tipli arayışlarla bağlı təkliflər hazırlayıb.

Bir müddət öncə, Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura  ölkə  qanunvericiliyində nəzərdə tutulan müxtəlif tip arayışlar və onlardan effektiv istifadə məsələlərini müzakirə etmişdir. Müzakirələrdə VXSİ Dövlət Agentliyinin və Elektron hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) məsul nümayəndələri də iştirak edib.

Müzakirələrdə İctimai Şura tərəfindən hazırlanan müxtəlif tipli arayışların siyahısı da müzakirə edilib.

Müzakirələrdə qeyd edilib ki, ölkədə gedən elektron hökumət quruculuğu prosesi, dövlət informasiya sistemlərinin inteqrasiyası, xidmətlərin elektron formaya keçirilməsi sürətləndiyindən elektron hökumət quruculuğu baxımından qanunvericiliyin təkmilləşdirilməsinə ciddi ehtiyac vardır.

Müxtəlif  arayışları, sənədlərin sürətlərini  verməli olan dövlət qurumlarının  əksəriyyətində bu arayışlar vasitəsilə təsdiq  olunan informasiyalar artıq elektron formaya keçirilib, dövlət qurumunun informasiya sistemlərində yerləşdirilib və digər bir sıra dövlət qurumları üçün də əlçatandır. Belə olan halda isə indiki qanunvericilikdə nəzərdə tutulduğu qaydada bu tip arayışların yenidən kağız formada vətəndaşdan tələb olunmasına ehtiyac qalmır.

Amma bununla belə müxtəlif arayışların və vətəndaş haqqında məlumatların  tələb olunması qanunvericilikdə öz əksini tapdığından dövlət qurumları bu tip sənədləri vətəndaşdan tələb etməkdə davam edirlər.

Elektron hökumət quruculuğu prosesi həm də bir sıra arayışları həm elektron formada, həmçinin də ASAN  Xidmət mərkəzləri vasitəsilə əldə edilməsi imkanlarını yaradıb.

Bunu nəzərə alaraq İctimai  Şura elektron hökumət quruculuğu ilə əlaqəli mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə VXSİ Dövlət Agentliyində  dövlət, özəl və vətəndaş cəmiyyəti nümayəndələrinin təmsil olunduğu İşçi Qrupunun yaradılmasını təklif edib.

Təkliflərdə həmçininn elektron hökumət quruculuğu baxımından qanunvericiliyin monitorinqinin aparılmasının vacibliyi vurğulanıb.

Təkliflərdə monitorinqlərin nəticəsindən asılı olaraq İşçi Qrup tərəfindən vətəndaşlardan tələb olunan müxtəlif tipli sənədlərin (arayış, etibarnamə, sənədlərin surətlərinin  və s.) zəruriliyinin müəyyən olunması və onlardan daha effektiv istifadə ( elektron formada, ASAN vasitəsilə və s.) ilə bağlı rəyin hazırlanması da öz əksini tapıb.

Xeberler.az-ın məlumatına görə, artıq təkliflər VXSİ Dövlət Agentliyinə təqdim edilib.

Xeberler.az olaraq İctimai Şura tərəfindən hazırlanan müxtəlif tip arayışların siyahısını təqdim edirik:

1. Ünvan haqqında arayış

2. Adlarına torpaq sahəsi olub-olmaması haqqında yerli bələdiyyədən arayış

3. İş yerindən arayış

4. Sağlamlıq haqqında arayış

5. Prezident təqaüdü barədə arayış

6. Staj və maaş barədə arayış

7. “Sürücülüyə yararlı olmaq barədə” arayış (Forma AZS-83)

8. “Şəxsiyyət vəsiqəsinin alınması üçün” tibbi arayış (Forma AZS-086/1

9. Bakalavrlar və magistirlər üçün ali məktəbdən arayışı

10. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların 
məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (Forma 1)

11. Mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma).

12. Məhkumluğun olub olmaması barədə arayış

13. Mənzil üçün pay haqqının tam ödənildiyi barədə həmin mənzil-tikinti kooperativinin idarə heyətinin arayışı

14. Itirilmiş sənədlərlə bağlı  daxili işlər orqanının arayışı

15. Əmək pensiyasi almaq hüququ olmaması barədə arayış.

16. Ailə tərkibi haqqında yaşayış yerindən arayış

17. Subaylıq haqqında arayış;

18. Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında arayış

19. Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında arayış

20. Diplom haqqında arayış

21. Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış

22. Kommunal xidmətlər üzrə borcların olmaması haqqında arayış

23. Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış

24. Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış

25. Yaşayış yeri haqqında arayış (2 №-li forma üzrə arayış)

26. Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayış

27. Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-
     olmaması barədə arayışı

28. “Fərdi identifikasiya kartı verilənədək Azərbaycan Respublikasının 15 yaşı tamam olmamış vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınmasını təsdiq edən arayış”

29. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış məhkumluq barədə arayış

30. Mənzil üçün pay haqqının tam ödənildiyi barədə həmin mənzil-tikinti kooperativinin idarə heyətinin arayışı

31. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış

32. İtirilmiş əşyanın tapılmaması barədə arayış

33. “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi

34. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulması ilə əlaqədar müayinə arayışı

35. Həqiqi hərbi xidmət keçməsi barədə SHXÇDX tərəfindən verilən arayış

36. Həqiqi hərbi xidmətə yaralı olmaması barədə SHXÇDX tərəfindən verilən arayış

37. Hazırda həqiqi hərbi xidmətdə olması barədə SHXÇDX tərəfindən verilən arayış

38. Əlillik barədə Tibbi-sosial ekspert komissiyasının arayışı

39. Narkoloji dispanserdən qeydiyyatda olub-olmadığı barədə arayışlar

40. Əmək qabiliyyətini itirmək barədə arayış

41. Dövlət qiymətli kağızların emissiya prospektinin qeydiyyatı haqqında arayış

42. Qiymətli kağızların emissiyasının yekunları haqqında hesabatın qeydiyyatı haqqında arayış

43. Nikaha daxil olmaq istəyən şəxslərə tibbi müayinədən keçdiklərinə dair arayış veriləcək

44. Uşaqların doğulması (o cümlədən sağlamlıq imkanları məhdud uşağın) və onların 8 yaşadək tərbiyə olunmaları haqqında arayış

45. Arxiv arayışları və s.

Mirvari Nəcəf

 

Tarix: 03/11/2015