Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək
14/03/2016 600

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

Sabah Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçiriləcək.

 Xeberler.az-ın məlumatına görə ,toplantıda dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin təkmilləşdirilməsi ilə bağlı İctimai Şura tərəfindən hazırlanan təkliflər müzakirə olunacaq.

Məlum olduğu kimi, "Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına uyğun olaraq VXSİ Dövlət Agentliyi tərəfindən Elektron Reyestr hazırlanıb.  Bir müddət öncə Elektron Reyestrin təqdimatı da keçirilib.

Hazırda bu Reyestrə  115 dövlət orqanın 676 xidməti barədə məlumat yerləşdirilib. 115 dövlət qurumunun 290 elektron xidməti haqqında məlumatlar da bazaya əlavə edilib.

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura sabah toplantında  bu Reyestrə daxil olunan mərkəzi və yerli icra orqanlarının xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması , həmçinin xidmətlərin göstərilməsində effektivliyin artırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlayaraq VXSİ Dövlət Agentliyinə təqdim edəcək.

 

Məltəm Talıbzadə


Tarix: 14/03/2016