İki “Elektron Arayış” xidməti portala inteqrasiya edildi
11/03/2015 668

İki “Elektron Arayış” xidməti portala inteqrasiya edildi

Təhsil Nazirliyi tərəfindən iki “Elektron Arayış” xidməti portala inteqrasiya olundu.

Xəbərlər.az-ın məlumatına görə, artıq "Elektron Hökumət" portalı üzərindən “Ümumtəhsil  məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış” və “Ümumtəhsil  məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış” e-xidmətlərindən faydalanmaq mümkündür.

“Ümumtəhsil  məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış” elektron xidməti vasitəsilə ümumtəhsil məktəblərində çalışan pedoqoji və texniki işçilər portalda qeydiyyatdan keçib xidmətə daxil olmaqla avtomatik olaraq ad, soyad, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, işlədiyi ümumtəhsil məktəbinin adı, nömrəsi və vəzifəsi barədə məlumatları özündə əks etdirən arayışı formalaşdıra və aidiyyatı üzrə təqdim edə biləcəklər. Arayışın  təsdiqlənməsi üçün QR-koddan istifadə edilir.

“Ümumtəhsil  məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış” e-xidməti vasitəsilə şagirdlər istifadəçi adı, soyad, ata adı və təhsil aldığı ümumtəhsil məktəbinin adını sistemə daxil etməklə təhsil aldığı yer haqqında        e-arayış əldə edə biləcəklər. Sözügedən e-arayış şagirdin adı, soyadı, ata adı və təhsil aldığı ümumtəhsil məktəbinin adı, sinif nömrəsi, təlim dili, öyrəndiyi xarici dil, məktəbə daxil olma tarixi və şəhadətnaməsi üzrə məlumatları əhatə edir.

Bununla da “Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron arayışların sayı 4-ə çatıb.

 

Mirvari Nəcəf


Tarix: 11/03/2015