“ASAN arayış” sistemi yaradıla bilər
Mayın 3-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçiriləcək.
Xeberler.az-ın məlumatına görə, toplantıda dövlət orqanlarında vətəndaşlardan kağız formada müxtəlif arayışlar tələb edilməsinin qarşısını almaq üçün təkliflərin hazırlanması nəzərdə tutulur.
Bu məqsədlə elektron hökumət portalı üzərindən “ASAN arayış” sisteminin yaradılması təklif olunur.
Toplantıda bununla bağlı müzakirələrin aparılması, müvafiq təkliflərin hazırlanması və VXSİ Dövlət Agentliyinə təqdim edilməsi nəzərdə tutulub.
Toplantıda həmçinin rəqəmsal hökumətə keçidlə bağlı bir müddət öncə prezident tərəfindən imzalan fərmanda nəzərdə tutulan “Rəqəmsal hökümətə keçid üzrə Fəaliyyət Planı”nın hazırlanması və “Elektron hökumətin İnkişafı Mərkəzi” Publik qurumun formalaşması ilə bağlı fikir mübadiləsinin aparılması da planlaşdırılır.
Tarix: 02/05/2018
Digər xəbərlər
-
16/12/2016 106416/12/2016
-
16/09/2016 109116/09/2016
-
28/06/2016 207328/06/2016
-
25/05/2016 100625/05/2016