Yerli icra hakimiyyətlərinin də xidmətləri elektronlaşacaq
Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib.
Xeberler.az-ın məlumatına görə, toplantıda yerli icra hakimiyyətlərində elektron xidmətlərin təşkili ilə bağlı məsələ müzakirə olunub.
Toplantıda VXSİ Dövlət Agentliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Elektron Hökumət Portalının Operatoru -MHM-in və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndələri də iştirak edib.
Toplantıda İctimai Şura tərəfindən əvvəllər VXSİ Dövlət Agentliyinə təqdim edilən təkliflərin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
İctimai Şuranın koordinatoru Osman Gündüz hazırda yerli icra hakimiyyətlərində və bələdiyyələrdə xidmətlərin elektron formaya keçirilməsi prosesinin kifayət qədər ləngidiyini diqqətə çatdırıb. O, hər bir yerli icra orqanı üzrə Dövlət Reyestrinə daxil edilən xidmətlər haqqında məlumatların heç birisinin yerli icra orqanlarının saytlarında olmadığını bildirib.
O, ümumiyyətlə, regionlarda elektron hökumət quruculuğunun çox ləng getdiyini və bu prosesin sürətləndirilməsinin vacibliyini qeyd edib.
O, bu istiqamətdə Təkliflərin hazırlanmasının vacib olduğunu bildirib.
Müzakirələrdə İctimai Şuranın üzvləri Əliməmməd Nuriyev, İsmayıl Ələkbərov, Sahib Məmmədov, Məhəmməd Muradov, Vasif Mövsümov və adı çəkilən rəsmi qurumların nümayəndələri iştirak ediblər.
Dövlət Agentliyi və RYTN nümayəndələri yerli icra hakimiyyətlərinin göstərdikləri xidmətlərin müəyyən olunması və bu xidmətlərdən hansıların elektron formaya keçirilməsi istqiamətində müəyyən addımlar atıldığını, bəzi icra hakimiyyətləri ilə bu istiqamətdə görüşlərin keçirildiyini bildiriblər.
Bununla belə cəmi bir rayonda yalnız bir xidmətin elektron formaya keçirildiyi vurğulanıb.
Müzakirələrdə yerli icra orqanlarında elektron xidmətlərin formalaşması və regionlarda elektron hökumət quruculuğu üçün ilk öncə hüquqi-normativ bazanın yaradılmasının və pilot qaydada rayonları və bir neçə elektron xidmətləri seçməklə ikin addımların atılmasının vacibliyi, xidmətlərin elektron formaya keçirilməsinin hüquqi əsaslarının yaradılmasının vacibliyi qeyd edilib.
Tədbirdə ilk növbədə region üçün ictimai-sosial əhəmiyyətli xidmətlərin elektron formaya keçirilməsi, maliyyyə resurslarının ayrılması və kadr potensilanın gücləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb.
İctimai Şuranın toplantısında yerli icra orqanlarında elektron xidmətlərin formalaşması istiqamətində səsləndirilən fikir və rəyləri ümumiləşdirərək Təkliflər hazırlamaq və aidiyyatı qurumların və maraqlı tərəflərin iştirakı ilə geniş müzakirə keçirmək qərara alınıb.
Məltəm Talıbzadə
Tarix: 25/05/2016
Digər xəbərlər
-
18/01/2017 114918/01/2017
-
16/12/2016 106416/12/2016
-
16/09/2016 109116/09/2016
-
28/06/2016 207428/06/2016