Regionlarda elektron xidmətlərin inkişafı məsələsi müzakirə olunub
28/06/2016 2074

Regionlarda elektron xidmətlərin inkişafı məsələsi müzakirə olunub

Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib.

Xeberler.az-ın məlumatına görə, toplantıda yerli icra hakimiyyətlərində elektron xidmətlərin təşkili ilə bağlı məsələ yenidən gündəmə gətirilib.

Toplantıda İctimai Şura tərəfindən hazırlanan təkliflər müzakirəyə çıxarılıb.

Təkliflərdə aşağıdakı məsələlər öz əksini tapıb :

1. Yerli icra hakimiyyətlərində İKT-nin tətbiqi və elektron xidmətlərin təşkili üzrə, regionda elektron hökumət qurucuğulu üzrə Konsepsiyanın Layihəsini hazırlamaq

2. Yerli icra hakimiyyətlərində elektron xidmətlərin təşkili və elektron hökumət quruculuğu üzrə normativ hüquqi bazanı təkmilləşdirilmək

 3. Yerli icra hakimiyyətlərinin İT üzrə kadr təminatını hazırlamaq. Hazırda bu dövlət qururmlarında İT sahəsində çalışan mütəxəssislərlə bağlı monitorinq aparmaq və monitorinqin nəticəsinə uyğun olaraq kadr təminatı ilə bağlı təkliflər hazırlamaq, yerli icra orqanlarının əməkdaşları üçün İT təlimlər keçirmək

4. Yerli icra orqanlarında ictimai və sosial əhəmiyyət kəsb edən xidmətləri müəyyən etmək üçün monitorinqlər və araşdırmalar aparmaq

 5. Yerli icra hakimiyyəti orqanlarının göstərdikləri xidmətlərin inzibati reqlamentlərini hazırlamaq

6. Yerli icra orqanlarının göstərdiyi populyar xidmətlərin elektron formaya keçirilməsi üzün pilot layihələrə başlamaq

7.Yerli icra orqanlarının rəsmi internet resurslarının təxmini strukturunu, pilot formada seçilmiş rayonların rəsmi internet resurslarını hazırlamaq, yerli icra orqanlarının saytlarında qanunvericilikdə nəzərdə tutulduğu qaydada açıqlanması məcburi olan ictimai əhəmiyyətli informasiyaların siyahısını hazırlamaq

8. Yerli icra orqanlarında elektron xdimətlərin təşkili məqsədilə zərurui olan vahid informasiya sistemləri və informasiya ehtiyatlarını müəyyən etmək, yerli icra orqanlarınında elektron xidmətlərin təşkili üçün vahid platforma və vahid informasiya infrastrukturunu yaratmaq

 9. Əhalinin elektron xidmətlərə çıxış imkanlarının artırılması üçün infrastruktur yaratmaq (ASAN Xidmət Mərkəzləri, elektron müraciət terminalları, informasiya köşkləri və s.)

10.Regionlarda əhalinin elektron xidmətlərdən istifadəsinin təşviq edilməsi üçün tədbirlər hazırlamaq,  “Elektron hökumət” üzrə məlumat kitabçaları, digər metodiki vəsaitlər hazırlanmaq, KİV-də və İnternet mediada elektron ximətlər üzrə məlumatlılıq  səviyyəsini artırmaq və s.

Toplantıda bu qeyd olunanlar ətrafında müzakirələr aparılıb və təkliflərin yekun variantı qəbul edilib.

Təkliflərin yekun variantının hökumətə təqdim edilməsi qərara alınıb.

Toplantıda həmçinin yaxın zamanlarda maraqlı tərəflərin, aidiyyatı dövlət qurumlarının iştirakı ilə regionlarda elektron hökumət quruculuğna həsr olunn geniş tərkibdə müzakirənin keçirilməsinin vacibliyi qeyd edilib və bununla bağlı müvafiq qurumlara müraciət  edilməsi qərara alınıb.

 Toplantıda Azərbaycan Respublikası prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də mümayəndələri iştirak edib.

 

Xeberler.az


Tarix: 28/06/2016