Dövlət xidmətlərinin siyahısı yaxın vaxtlarda açıqlanacaq
“Yaxın vaxtlarda vətəndaşlar dövlət orqanlarının göstərdikləri xidmətlərlə bağlı bütün məlumatları əldə edə biləcəklər”.
Bu barədə Xəbərlər-ə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov bildirib. Onun sözlərinə görə, hazırda dövlət orqanlarının göstərdikləri xidmətlər haqqında toplanılmış məlumatların təhlili və Reyestrin informasiya sisteminin son tamamlama işləri həyata keçirilir.
Ceyhun Salmanov deyib ki, dövlət orqanlarının göstərdikləri xidmətlərlə bağlı məlumatlar dəqiqləşdirildikdən və təsdiq edildikdən sonra Elektron Reyestr ictimaiyyətə açıqlanacaq.
Şöbə müdiri yaxın vaxtlarda Elektron Reyestr və onun informasiya sistemindən istifadəyə dair aidiyyəti qurumların əməkdaşlarına keçiriləcək təlimlər və daha sonra aparılacaq təkmilləşdirici fəaliyyət nəticəsində sistemin istifadəyə hazır olacağını da qeyd edib.
Məltəm Talıb
Tarix: 19/02/2015
Digər xəbərlər
-
18/01/2017 115018/01/2017
-
16/12/2016 106516/12/2016
-
16/09/2016 109216/09/2016
-
28/06/2016 207428/06/2016