“Elektron məhkəmə” informasiya sisteminin yaradılmasının ictimai müzakirəsi” mövzusunda konfrans keçirilib
12/06/2014 2061

“Elektron məhkəmə” informasiya sisteminin yaradılmasının ictimai müzakirəsi” mövzusunda konfrans keçirilib

Bu gün “Qafqaz Point Hotel” otelində “Açıq hökumət: “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasının ictimai müzakirəsi” mövzusunda konfrans keçirilmişdir.  

Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Hüquqşünasları Konfederasiyası, “Demokratik islahatçı gənclər” ictimai birliyi və Ümumi Məhkəmə Hakimləri Assosiasiyasıdır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının rəhbəri Əli Hüseynli konfransı açaraq qeyd etmişdir ki, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə bu sahədə bir sıra qanunverici və praktiki tədbirlər həyata keçirilmiş, müvafiq dövlət proqramları uğurla yerinə yetirilmiş, milli fəaliyyət planları qəbul edilmişdir. 

Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının sədri, Yasamal rayon məhkəməsinin sədri Ələddin Cəfərov elektron məhkəmə sisteminin tətbiqin məhkəmələrin fəliyyətinin yenidən qurulmasında mühüm rol oynayacağını, neqativ halların aradn qaldırılmasına köməklik göstərəcəyini bildirib

Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) eksperti Ramin Qurbanov  “Elektron məhkəmə” informasiya sitemi ilə bağlı təqdimatla çıxış edib.
O qeyd edib ki hələlik elektron məhkəmə sisteminin tətbiq edilməsi üçün 13 pilot məhkəmə seçilib. CEPEJ eksperti daha sonra demişdir: “Hazırda elektron statistika tətbiq edilir. İşçilərin yerləşdirilməsi elektron qaydada həyata keçirilir, hakimin məhkəmə sədrindən müstəqilliyi təmin edilir. Bu halda vətəndaş məhkəməyə müraciət edərək bütün lazımi sənədləri alacaqdır. Məhkəmənin son aktı da daxil olmaqla bütün sənədlər vətəndaşın elektron poçtuna göndəriləcəkdir”.

Azərbaycan İnternet Forumun prezidenti , Multimedia Mərkəzinin direktoru 
Osman Gündüz “Vətəndaş məmnunluğunun təmin edilməsində elektron hökumət və elektron məhkəmə informasiya sistemin rolu” mövzusunda çıxış edib.
O? qurulacaq informasiya sisteminin yalnız hakimlərin fəaliyyətinin  avtomatlaşdırılmasına, məhkəmə fəaliyyətinin yaxşılaşdırılmasına deyil, həmçinin də vətəndaş – məhkəmə münasibətlərinin daha çevik və effektiv qurulmasına, şəffaflığın təmin edilməsinə  xidmət edəcəyini bildirib. 
O, ilk nöbvədə pilot olaraq seçilmiş bir neçə məhkəmədə sistemin tam olaraq sinaqdan keçirilməsinin vacibliyinə diqqəti yönəldib.  
Bu məqsədlə  məhkəmələrin yeri vaxtı ilə bağlı vətəndaşların SMS və ya e-mail ilə məlumatlandırma sisteminin, məsafədən iddia təqdim etdilməsinin, məhkəmə gedişinin audio-video yazısının aparılmasının və məsafədən izləmə imkanlarının,  ictimai nəzarət imkanlarının, məhkəmə qərarlarının elektron formada əldə edilməsi sisteminin ilk öncə  pilot olaraq seçilmiş bir neçə məhkəmədə tətbiqinin  mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.


Tarix: 12/06/2014