Elektron xidmətlərin kütləviləşməsi müzakirə olunub
Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib.
Xeberler.az-ın məlumatına görə, toplantıda Elektron Hökumət Portalının operatoru – RYTN Məlumat Hesablama Mərkəzinin şöbə müdiri İlqar Abdullayev , VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov, bu qurumun əməkdaşı Adil Əkbərov da iştirak edib.
İctimai Şuranın kordinatoru Osman Gündüz toplantını açaraq qeyd edib ki, tədbirin əsas məqsədi elektron xidmətlərin kütləviliyinin artırılmasına, elektron arayışların və elektron sənədlərin dövlət qurumları tərəfindən tanınması prosesinin sürətləndirilməsinə köməklik istiqamətində İctimai Şura tərəfindən hazırlanan təkliflərin müzakirəsidir.
Müzakirələrdə İctimai Şuranın üzvləri Sabit Bağırov, Hafiz Həsənov, Məhəmməd Muradov, həmçinin adı çəkilən dövlət qurumların şöbə müdirləri İlqar Abdullayev və Ceyhun Salmanov çıxış ediblər.
Tədbirdə həmçinin mövcud qanunvericiliyə, “Elektron sənədlərin mübadiləsi qaydası”na və “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat” a uyğun olaraq mövcud informasiya sistemlərindən əldə edilən e-arayışların dövlət qurumları tərəfindən tanınması məsələsi ətrafında müzakirələr olub.
Müzakirələrdə bu günə qədər Elektron Hökumət Portalı tərəfindən 9 müxtəlif arayışın elektron formada əldə edilməsi imkanlarının mövcud olduğu diqqətə çatdırılıb.
Qeyd edilib ki, ölkədə son dövrlərdə elektron hökumət quruculuğu prosesində hüquqi tənzimləmə məsələləri texnoloji proseslərə nisbətən ləng inkişaf edir. Vurğulanıb ki, ümumiyyətlə bir sıra hüquqi normativ sənədlərin elektron hökumət quruculuğu baxımından yenidən nəzərdən keçirilməlidir. Toplantıda elektron hökumət quruculuğu sahəsində hüquqi islahatların zəruriliyi ətrafında da müzakirələr aparılıb.
Müzakirələrin yekunu olaraq Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın hazırladığı təkliflərinin yenidən işlənərək VXSİ Dövlət Agentliyinə və RYTN-nə təqdim edilməsi nəzərdə tutulub.
Məltəm Talıbzadə
Tarix: 26/05/2015
Digər xəbərlər
-
18/01/2017 115018/01/2017
-
16/12/2016 106516/12/2016
-
16/09/2016 109216/09/2016
-
28/06/2016 207828/06/2016