Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura təkliflər hazırlayıb
Vətəndaşlara Xidmət və Sosial İnnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura qanunvericilikdə nəzərdə tutulan müxtəlif tipli arayışlarla bağlı təkliflər hazırlayıb.
Bir müddət öncə, Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura ölkə qanunvericiliyində nəzərdə tutulan müxtəlif tip arayışlar və onlardan effektiv istifadə məsələlərini müzakirə etmişdir. Müzakirələrdə VXSİ Dövlət Agentliyinin və Elektron hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) məsul nümayəndələri də iştirak edib.
Müzakirələrdə İctimai Şura tərəfindən hazırlanan müxtəlif tipli arayışların siyahısı da müzakirə edilib.
Müzakirələrdə qeyd edilib ki, ölkədə gedən elektron hökumət quruculuğu prosesi, dövlət informasiya sistemlərinin inteqrasiyası, xidmətlərin elektron formaya keçirilməsi sürətləndiyindən elektron hökumət quruculuğu baxımından qanunvericiliyin təkmilləşdirilməsinə ciddi ehtiyac vardır.
Müxtəlif arayışları, sənədlərin sürətlərini verməli olan dövlət qurumlarının əksəriyyətində bu arayışlar vasitəsilə təsdiq olunan informasiyalar artıq elektron formaya keçirilib, dövlət qurumunun informasiya sistemlərində yerləşdirilib və digər bir sıra dövlət qurumları üçün də əlçatandır. Belə olan halda isə indiki qanunvericilikdə nəzərdə tutulduğu qaydada bu tip arayışların yenidən kağız formada vətəndaşdan tələb olunmasına ehtiyac qalmır.
Amma bununla belə müxtəlif arayışların və vətəndaş haqqında məlumatların tələb olunması qanunvericilikdə öz əksini tapdığından dövlət qurumları bu tip sənədləri vətəndaşdan tələb etməkdə davam edirlər.
Elektron hökumət quruculuğu prosesi həm də bir sıra arayışları həm elektron formada, həmçinin də ASAN Xidmət mərkəzləri vasitəsilə əldə edilməsi imkanlarını yaradıb.
Bunu nəzərə alaraq İctimai Şura elektron hökumət quruculuğu ilə əlaqəli mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə VXSİ Dövlət Agentliyində dövlət, özəl və vətəndaş cəmiyyəti nümayəndələrinin təmsil olunduğu İşçi Qrupunun yaradılmasını təklif edib.
Təkliflərdə həmçininn elektron hökumət quruculuğu baxımından qanunvericiliyin monitorinqinin aparılmasının vacibliyi vurğulanıb.
Təkliflərdə monitorinqlərin nəticəsindən asılı olaraq İşçi Qrup tərəfindən vətəndaşlardan tələb olunan müxtəlif tipli sənədlərin (arayış, etibarnamə, sənədlərin surətlərinin və s.) zəruriliyinin müəyyən olunması və onlardan daha effektiv istifadə ( elektron formada, ASAN vasitəsilə və s.) ilə bağlı rəyin hazırlanması da öz əksini tapıb.
Xeberler.az-ın məlumatına görə, artıq təkliflər VXSİ Dövlət Agentliyinə təqdim edilib.
Xeberler.az olaraq İctimai Şura tərəfindən hazırlanan müxtəlif tip arayışların siyahısını təqdim edirik:
1. Ünvan haqqında arayış
2. Adlarına torpaq sahəsi olub-olmaması haqqında yerli bələdiyyədən arayış
3. İş yerindən arayış
4. Sağlamlıq haqqında arayış
5. Prezident təqaüdü barədə arayış
6. Staj və maaş barədə arayış
7. “Sürücülüyə yararlı olmaq barədə” arayış (Forma AZS-83)
8. “Şəxsiyyət vəsiqəsinin alınması üçün” tibbi arayış (Forma AZS-086/1
9. Bakalavrlar və magistirlər üçün ali məktəbdən arayışı
10. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların
məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (Forma 1)
11. Mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma).
12. Məhkumluğun olub olmaması barədə arayış
13. Mənzil üçün pay haqqının tam ödənildiyi barədə həmin mənzil-tikinti kooperativinin idarə heyətinin arayışı
14. Itirilmiş sənədlərlə bağlı daxili işlər orqanının arayışı
15. Əmək pensiyasi almaq hüququ olmaması barədə arayış.
16. Ailə tərkibi haqqında yaşayış yerindən arayış
17. Subaylıq haqqında arayış;
18. Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında arayış
19. Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında arayış
20. Diplom haqqında arayış
21. Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış
22. Kommunal xidmətlər üzrə borcların olmaması haqqında arayış
23. Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış
24. Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış
25. Yaşayış yeri haqqında arayış (2 №-li forma üzrə arayış)
26. Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayış
27. Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-
olmaması barədə arayışı
28. “Fərdi identifikasiya kartı verilənədək Azərbaycan Respublikasının 15 yaşı tamam olmamış vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınmasını təsdiq edən arayış”
29. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış məhkumluq barədə arayış
30. Mənzil üçün pay haqqının tam ödənildiyi barədə həmin mənzil-tikinti kooperativinin idarə heyətinin arayışı
31. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış
32. İtirilmiş əşyanın tapılmaması barədə arayış
33. “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi
34. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulması ilə əlaqədar müayinə arayışı
35. Həqiqi hərbi xidmət keçməsi barədə SHXÇDX tərəfindən verilən arayış
36. Həqiqi hərbi xidmətə yaralı olmaması barədə SHXÇDX tərəfindən verilən arayış
37. Hazırda həqiqi hərbi xidmətdə olması barədə SHXÇDX tərəfindən verilən arayış
38. Əlillik barədə Tibbi-sosial ekspert komissiyasının arayışı
39. Narkoloji dispanserdən qeydiyyatda olub-olmadığı barədə arayışlar
40. Əmək qabiliyyətini itirmək barədə arayış
41. Dövlət qiymətli kağızların emissiya prospektinin qeydiyyatı haqqında arayış
42. Qiymətli kağızların emissiyasının yekunları haqqında hesabatın qeydiyyatı haqqında arayış
43. Nikaha daxil olmaq istəyən şəxslərə tibbi müayinədən keçdiklərinə dair arayış veriləcək
44. Uşaqların doğulması (o cümlədən sağlamlıq imkanları məhdud uşağın) və onların 8 yaşadək tərbiyə olunmaları haqqında arayış
45. Arxiv arayışları və s.
Mirvari Nəcəf
Tarix: 03/11/2015
Digər xəbərlər
-
18/01/2017 115418/01/2017
-
16/12/2016 106816/12/2016
-
16/09/2016 109416/09/2016
-
28/06/2016 208328/06/2016