Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək
Yaxın günlərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçiriləcək.
Xeberler.az-ın məlumatına görə, toplantıda yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında elektron xidmətlərin təşkili ilə bağlı müzakirələr aparılacaq.
Məlum olduğu kimi, hazırda mərkəzi icra orqanları tərəfindən göstərilən xeyli sayda xidmətlər elektron formaya keçirilsə də, yerli icra orqanlarının xidmətlərinin elektron formaya keçirilməsi prosesi olduqca ləng gedir.
Hazırda yerli icra hakimiyyətləri tərəfindən 40-dək xidmət göstərilir ki, onların cəmi bir neçəsi elektron formada təqdim edilir.
Yerli icra orqanlarının rəsmi saytları da bir-birini təkrarlayır. Bu resurslarda yerli icra qurumlarının təqdim etdikləri xidmətlər haqqında da məlumata rast gəlinmir.
İctimai Şuradan bildirilib ki, müzakirələrin yekunu olaraq regionlarda elektron hökumət quruculuğunun sürətləndirilməsi məqsədilə Təkliflərin hazırlanması planlaşdırılır.
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura tərəfindən hazırlanan təkliflərin VXSİ Dövlət Agentliyinə təqdim edilməsi nəzərdə tutulub.
Günel
Tarix: 16/05/2016
Digər xəbərlər
-
18/01/2017 115018/01/2017
-
16/12/2016 106516/12/2016
-
16/09/2016 109216/09/2016
-
28/06/2016 207428/06/2016