“İctimai - sosial əhəmiyyətli və kütləvi xidmətlərin SİYAHISI”
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib.
Toplantıda İctimai - sosial əhəmiyyətli və kütləvi xidmətlərin SİYAHISI” müzakirə edilib.
Məlumat verildiyi kimi adı çəkilən Siyahı Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın və Multimedia Mərkəzinin birgə əməkdaşlığı ilə hazırlanıb.
Siyahıdakı xidmətlər ciddi araşdırmalar, sorğular və ekspert rəyləri, statistik məlumatların təhlili əsasında formalaşıb. Xidmətlər hər bir Mərkəzi icra orqanı üzrə Siyahıya daxil edilərkən, sosial yönümlü olması, ictimai əhəmiyyət kəsb etməsi və il ərzində daha çox ehtiyac olması prinsipləri əsas götürülüb.
Hazırda adı çəkilən Siyahıya 120 xidmət daxil edilib. Bu xidmətlərdən yalnız 22 xidmət aktivdir, onlardan yalnız 18-i Portala daxil edilib. Siyahıdakı 83 sayda vacib hesab olunan xidmətlər isə yeni xidmətlərdir və ölkədə indiyədək hökumət tərəfindən təsdiq olunan 428 adda xidmətdən ibarət olan Siyahıya daxil edilməyib.
Siyahının hazırlanmasında məqsəd ən çox istifadə olunan, sosial əhəmiyyət kəsb edən xidmətlərin vətəndaşlar tərəfindən daha rahat, effektiv və şəffaf formada əldə edilməsinə köməklik göstərmək, vətəndaşların elektron xidmətlərdən istifadəsini sürətləndirmək, maliyyə vəsaitlərindən daha səmərəli və effektiv istifadəyə diqqət yönəltmək və korrupsiyaya şərait yaradan səbəbləri aradan qaldırmaqdan ibarətdir.
Toplantıda İctimai Şura üzvləri Siyahıdakı xidmətlərin ilk növbədə elektron formaya keçirilməsini məqsədəuyğun hesab ediblər. Bu məqsədlə adı çəkilən Siyahıdakı xidmətlərin hökumət tərəfindən təsdiq olunan xidmətlər siyahısına daxil edilməsinin və prioritet elan olunmasının vacibliyi qeyd edilib.
Həmçinin Siyahıdakı xidmətlərin hər bir dövlət qurumunun Elektron xidmətlər bölməsində ayrıca qeyd olunmasının da faydalı olacağı bildirilib.
İctimai Şuranın toplantısında Siyahının təkmilləşdirilməsi, yuxarıdakı prinsiplərə uyğun olan xidmətlərin üzə çıxarılması istiqamətində addımların davam etdirilməsi məqsədəuyğun hesab edilib.
“İctimai - sosial əhəmiyyətli və kütləvi xidmətlərin SİYAHISI” Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib.
Siyahının tam mətni : http://informasiya.org/?p=2292
Tarix: 03/11/2014
Digər xəbərlər
-
18/01/2017 115018/01/2017
-
16/12/2016 106516/12/2016
-
16/09/2016 109216/09/2016
-
28/06/2016 207428/06/2016