İki “Elektron Arayış” xidməti portala inteqrasiya edildi
Təhsil Nazirliyi tərəfindən iki “Elektron Arayış” xidməti portala inteqrasiya olundu.
Xəbərlər.az-ın məlumatına görə, artıq "Elektron Hökumət" portalı üzərindən “Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış” və “Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış” e-xidmətlərindən faydalanmaq mümkündür.
“Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış” elektron xidməti vasitəsilə ümumtəhsil məktəblərində çalışan pedoqoji və texniki işçilər portalda qeydiyyatdan keçib xidmətə daxil olmaqla avtomatik olaraq ad, soyad, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, işlədiyi ümumtəhsil məktəbinin adı, nömrəsi və vəzifəsi barədə məlumatları özündə əks etdirən arayışı formalaşdıra və aidiyyatı üzrə təqdim edə biləcəklər. Arayışın təsdiqlənməsi üçün QR-koddan istifadə edilir.
“Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış” e-xidməti vasitəsilə şagirdlər istifadəçi adı, soyad, ata adı və təhsil aldığı ümumtəhsil məktəbinin adını sistemə daxil etməklə təhsil aldığı yer haqqında e-arayış əldə edə biləcəklər. Sözügedən e-arayış şagirdin adı, soyadı, ata adı və təhsil aldığı ümumtəhsil məktəbinin adı, sinif nömrəsi, təlim dili, öyrəndiyi xarici dil, məktəbə daxil olma tarixi və şəhadətnaməsi üzrə məlumatları əhatə edir.
Bununla da “Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron arayışların sayı 4-ə çatıb.
Mirvari Nəcəf
Tarix: 11/03/2015
Digər xəbərlər
-
18/01/2017 115418/01/2017
-
16/12/2016 106816/12/2016
-
16/09/2016 109416/09/2016
-
28/06/2016 208328/06/2016