Nə üçün dövlət qurumları elektron arayışları tanımır?
Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın elektron xidmətlərin kütləviliyinin artırılması ilə bağlı hazırladığı təkliflər planı yenidən işlənərək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə göndərilib.
Bu barədə Xeberler.az-a İctimai Şuradan Məlumat verilib.
Xəbər verdiyimiz kimi bir müddət öncə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib.
Elektron Hökumət Portalının operatoru – RYTN Məlumat Hesablama Mərkəzinin şöbə müdiri İlqar Abdullayev , VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov, bu qurumun əməkdaşı Adil Əkbərovun da iştirakı ilə keçirilən toplantıda elektron xidmətlərin kütləviliyinin artırılmasına, elektron arayışların və elektron sənədlərin dövlət qurumları tərəfindən tanınması prosesinin sürətləndirilməsinə köməklik istiqamətində İctimai Şura tərəfindən hazırlanan təkliflərin müzakirəsini aparmışdılar.
Məltəm Talıbzadə
Tarix: 02/06/2015
Digər xəbərlər
-
18/01/2017 115018/01/2017
-
16/12/2016 106516/12/2016
-
16/09/2016 109216/09/2016
-
28/06/2016 207428/06/2016